Aktiv vakansiya · Elan №15765
Korporativ Satış Meneceri tələb olunur
Bakı, Azərbaycan
700–1300 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Rocco Group “Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır. İş şərtləri: İş rejimi: 5 günlük (I-V günlər saat 09:00 dan–18:00 dək Əmək haqqı: [əlaqə gizlidir] AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya). Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə. Peşəkar təlimlər və inkişaf imkanları. Qeyd: Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir. Əlaqə nömrəsi: ([əlaqə gizlidir] Gülnar xanım Vəzifə öhdəlikləri: Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi. Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması. Müştərinin ehtiyaclarının analizi və uyğun kommersiya təkliflərinin hazırlanması. Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması. Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi. Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi. Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması. Müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun icrasına nəzarət. Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi. Tələblər: Korporativ satış sahəsində minimum 1–3 il təcrübə. Güclü ünsiyyət və təqdimat bacarıqları. Analitik düşüncə və problem həll etmə qabiliyyəti. Satış texnikaları və danışıqlar aparma bacarığı. Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Korporativ Satış Meneceri üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.