Aktiv vakansiya · Elan №15762
Gömrük bəyannaməçisi tələb olunur
N.Nərimanov rayonu, Bakı
1300–1700 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: PREMİUM BROKER AND LOGİSTİCS MMC Şirkətimiz gömrük bəyannamələrinin hazırlanması və rəsmiləşdirilməsi sahəsində peşəkar bilik və təcrübəyə malik, idarəetmə bacarığı olan rəhbər əməkdaş axtarır. İş vaxtı : Həftə içi 5 gün 09:00-18:00(13:00-14:00 nahar vaxtı), Şənbə günü-qısa iş günü 10:00-14:00. İş yeri: Bakı şəh., N.Nərimanov rayonu, Əməkdaş Korporativ nömrə ilə təmin edilir. MÜRACİƏTLƏRƏ DAİR VACİB QEYD! Bu vakansiya yalnız gömrük bəyannaməçiliyi sahəsində real iş təcrübəsi və müvafiq ixtisas attestatı olan namizədlər üçün nəzərdə tutulub. Mühasibatlıq sahəsi üzrə CV-lər; Gömrük sahəsində təcrübəsi olmayan namizədlərin CV-ləri; Vakansiyanın tələblərinə və ixtisasına uyğun olmayan müraciətlər NƏZƏRƏ ALINMAYACAQ VƏ DƏYƏRLƏNDİRİLMƏYƏCƏK. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini təqdim etmələri xahiş olunur. Vəzifə öhdəlikləri: Gömrük bəyannamə şöbəsinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması; Bəyannamələrin düzgün, qanunvericiliyin tələblərinə uyğun və vaxtında hazırlanmasına nəzarət edilməsi; Gömrük rəsmiləşdirilməsi proseslərinin idarə olunması və koordinasiyası; Şöbə əməkdaşlarının iş bölgüsünün aparılması və fəaliyyətlərinə nəzarət; Gömrük qanunvericiliyi və müvafiq normativ dəyişikliklərin izlənilməsi; İş prosesində yaranan problemlərin operativ həlli və rəhbərliyə hesabat verilməsi; Şöbənin iş keyfiyyətinin və effektivliyinin təmin edilməsi. Tələblər: Xanim və bəy namizədlər. Gömrük bəyannamələrinin hazırlanması, doldurulması və rəsmiləşdirilməsi üzrə ətraflı praktiki biliklər; Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi; Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatının olması MÜTLƏQ TƏLƏBDİR; İdarəetmə və rəhbərlik bacarığı; Komanda ilə işləmək, iş bölgüsü aparmaq və proseslərə nəzarət etmək qabiliyyəti; Məsuliyyətli, diqqətli, operativ və təşkilatçılıq qabiliyyətinə malik olmaq; Gömrük sahəsində müstəqil qərar qəbul etmək və yaranan çətinlikləri həll etmək bacarığı. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Gömrük bəyannaməçisi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.