Aktiv vakansiya · Elan №15746
Mühasib tələb olunur
Bakı, Azərbaycan
800–1000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: PAPATYA PARK MMC Vəzifə öhdəlikləri: Şirkətin mühasibat və vergi uçotunun tam və müstəqil şəkildə aparılması; Vergi bəyannamələrinin, DSMF, statistika və digər müvafiq hesabatların hazırlanması və vaxtında təqdim edilməsi; Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin uçotunun aparılması; Bank əməliyyatlarının həyata keçirilməsi və ödəniş tapşırıqlarının hazırlanması; Debitor və kreditor borclarına nəzarət edilməsi; Əməkhaqqı, məzuniyyət və son haqq-hesabların hesablanması; Müqavilələrin, hesab-fakturaların və digər ilkin maliyyə sənədlərinin uçotunun aparılması; Vergi orqanlarından daxil olan məktubların, sorğuların və kameral uyğunsuzluqların araşdırılması və cavablandırılması; Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi; Rəhbərliyə müvafiq maliyyə məlumatlarının və hesabatların təqdim edilməsi. Tələblər: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil; Vergi uçotu və hesabatları sahəsində minimum 5 il praktiki təcrübə; Azərbaycan Respublikasının Vergi Məcəlləsini dərindən bilmək; ƏDV və mənfəət vergisi bəyannamələri ilə sərbəst işləmək; Vergi yoxlamaları və uyğunsuzluq məktubları ilə iş təcrübəsi; 1C, Excel və elektron vergi kabinetində sərbəst işləmək; Əvvəlki dövrlər üzrə vergi uçotunun bərpası və düzəlişlərin aparılması təcrübəsi. Müəssisənin mühasibat uçotunu müstəqil idarə etmək bacarığı; Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Mühasib üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.