Aktiv vakansiya · Elan №15737
Satış Nümayəndəsi tələb olunur
Gəncə, Azərbaycan
1000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Osmanlı Taxıl MMC İş yeri: Gəncə şəhəri və ətraf rayonlar İş qrafiki: Tam iş günü (09:00 – 18:00) Əmək haqqı: Sabit maaş + satışdan bonus (KPI əsasında yüksək gəlir imkanı) Şirkət təklif edir: Rəsmi qeydiyyat (AR Əmək Məcəlləsinə uyğun); Rəqabətə davamlı sabit əmək haqqı və satış həcminə uyğun limitsiz bonus sistemi; Korporativ nömrə və yanacaq xərclərinin təminatı; Peşəkar və inkişaf yönümlü iş mühiti. Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Un satış təmsilçisi" qeyd etməklə [əlaqə gizlidir] ünvanına göndərə bilərlər. Vəzifə öhdəlikləri: Təhkim olunmuş ərazi üzrə mövcud müştərilərlə (çörək sexləri, şirniyyat evləri, topdansatış məntəqələri, marketlər) işləmək və yeni müştəri bazası formalaşdırmaq; Məhsul çeşidlərini (əla, 1-ci və 2-ci növ unlar və s.) müştərilərə təqdim etmək, keyfiyyət göstəriciləri barədə dolğun məlumat vermək; Sifarişlərin vaxtında qəbulunu və çatdırılma prosesinə nəzarəti təmin etmək; Debitor borcların vaxtında yığılmasına nəzarət etmək və hesabatlılığı aparmaq; Bazar araşdırması aparmaq, rəqiblərin qiymət və kampaniyalarını izləmək; Gündəlik və aylıq satış planlarını icra etmək, rəhbərliyə mütəmadi hesabat vermək. Tələblər: Təcrübə: B2B və ya FMCG (xüsusilə un, taxıl, qida məhsulları) sahəsində minimum 1-2 il satış təcrübəsi; Sürücülük vəsiqəsi: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür (yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır); Çörək sexləri və topdansatış şəbəkələri ilə işləmə bacarığı və əlaqələrinin olması; Yüksək ünsiyyət, inandırma və danışıqlar aparma qabiliyyəti; Məsuliyyətli, punktual və nəticə yönümlü olmaq. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Satış Nümayəndəsi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.