Aktiv vakansiya · Elan №15711
Android mühəndisi tələb olunur
Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: AFB Bank Rəqəmsal Bankçılıq sahəsi İş şəraiti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Tələblər: Ali təhsil (İT, Biznes, Kompüter Elmləri və s.); Kotlin proqramlaşdırma dili üzrə minimum 2 il praktiki təcrübə; Jetpack Compose ilə işləmə təcrübəsi; MVVM arxitekturası və layer bölgüsü prinsipləri barədə bilik; REST API və JSON istifadə etməklə client-server tipli tətbiqlərin hazırlanması üzrə təcrübə (Retrofit / OkHttp); Kotlin Coroutines və Flow ilə asinxron proseslərin idarə edilməsi bacarığı; Dependency injection (Hilt və ya Dagger) ilə işləmə təcrübəsi; Təqdim olunmuş dizaynların mobil tətbiqə düzgün şəkildə tətbiq edilməsi; Gradle ilə işləmə təcrübəsi; Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı; Google Play Console ilə işləmə təcrübəsi; Error tracking və crash monitorinq sistemləri ilə işləmə təcrübəsi (Firebase Crashlytics və s.); Komanda ilə işləmək və kiçik təcrübəli əməkdaşlara dəstək göstərmək bacarığı; Bank və ya fintex sahəsində iş təcrübəsi, CI/CD prosesləri ilə tanışlıq və Üçüncü tərəf SDK inteqrasiyaları üzrə təcrübə (ödəniş sistemləri, elektron imza, identifikasiya həlləri) üstünlük sayılır. İşin təsviri: Bankın Android mobil tətbiqinin yeni funksionallıqlarının hazırlanmasında iştirak etmək; Mövcud mobil tətbiqin texniki dəstəyini və təkmilləşdirilməsini həyata keçirmək; Mobil tətbiq üçün tələb olunan API və digər texniki həllərin hazırlanması prosesində digər proqramçılarla əməkdaşlıq etmək; Mövcud tətbiqin kod strukturunu analiz etmək və zəruri dəyişiklikləri həyata keçirmək; Tətbiqdə yaranan texniki problemləri müəyyənləşdirmək və aradan qaldırmaq; Tətbiqin buraxılış prosesində və buraxılışdan sonrakı monitorinqində iştirak etmək. Şirkət haqqında 2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir. Telefon: [əlaqə gizlidir] Email: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
Əlaqə və müraciət
Android mühəndisi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.