Aktiv vakansiya · Elan №15703
Proqramçı tələb olunur
Azadlıq prospekti 140/33, Bakı
600–900 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Delüks Kamin İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 140/33, Azərbaycan İş qrafiki: 6 gün - 09:00-19:00 Əməkhaqqı: 600–900 AZN Müraciət qaydası: Müraciət etmək istəyən namizədlərin CV-lərini ve Portfoliolarını ancaq elektron poçt ünvanına (Veb Proqramçı) başlığı ilə göndərmələri xahiş olunur. CV-LERDE ŞƏKİL VƏ DOĞUM TARİXİ OLMASI XAHİŞ OLUNUR [əlaqə gizlidir] • Şirkətin iş mövzuları ilə bağlı WordPress infrastrukturlu tezə veb-saytları hazırlanması. • Mövcud veb-saytımızı peşəkar səviyyəyə çatdırmaq, dizaynını təkmilləşdirmək, sürətini artırmaq və texniki imkanlarını genişləndirmək üçün WordPress platforması üzrə yüksək bilik və təcrübəyə malik mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri: 1. Veb-saytın dizaynı və təkmilləşdirilməsi 2. WordPress üzrə texniki işlər • WordPress idarəetmə panelini və mövzu sistemini yüksək səviyyədə bilmək. • Elementor və ya digər səhifə qurucuları ilə işləmək. • Mövzu və plaginlərin quraşdırılması, sazlanması və yenilənməsini həyata keçirmək. • HTML, CSS, JavaScript və PHP vasitəsilə xüsusi dəyişikliklər etmək. • Plagin uyğunsuzluqlarını və texniki xətaları aşkar edib aradan qaldırmaq. • Saytın ehtiyat nüsxələrinin yaradılması, təhlükəsizliyi və texniki baxımını təmin etmək. 4. SEO və Google axtarış nəticələri Tələblər: • WordPress üzrə yüksək səviyyəli bilik və təcrübəyə sahib olmaq. • Əvvəlki layihələrdən ibarət portfolio təqdim etmək. • Elementor və digər səhifə qurucuları ilə işləmək bacarığı. • HTML, CSS və JavaScript bilikləri. • PHP və WordPress mövzu/plagin strukturu haqqında bilik. • Texniki SEO, təhlükəsizlik, ehtiyat nüsxələri və xəta aradan qaldırılması sahəsində biliklər. • Google PageSpeed Insights və Search Console kimi alətlərdən istifadə bacarığı. • Analitik düşüncə, məsuliyyət və problem həll etmə bacarığı. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 5 ildən çox
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Proqramçı üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.