Aktiv vakansiya · Elan №15699
İşçi tələb olunur
Sumqayıt, Azərbaycan
800–3500 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Real Əmlak Real Əmlak şirkətinin Sumqayıt filiallarına daşınmaz əmlak sahəsində təcrübəli rieltorlar tələb olunur. Şirkətimiz geniş əmlak bazası, müasir rəqəmsal sistemi və formalaşmış iş prinsipləri ilə fəaliyyət göstərir. Satış və kirayə sahəsində təcrübəsi olan, müştərilərlə işləməyi bacaran və peşəkar fəaliyyətini davam etdirmək istəyən namizədləri komandamıza dəvət edirik. Gəlir görülən işin nəticəsinə uyğun olaraq formalaşır. Şirkət tərəfindən geniş əmlak bazası və müasir rəqəmsal sistem təqdim olunur. İş üçün lazımi ofis şəraiti və texniki imkanlar təmin edilir. Peşəkar inkişaf və karyera yüksəlişi imkanı mövcuddur. İş qrafiki və digər şərtlər müsahibə zamanı ətraflı izah olunur. Vəzifə öhdəlikləri: Mənzil, həyət evi və kommersiya obyektlərinin satış və kirayəsini təşkil etmək; Müştərilərlə əlaqə saxlamaq və görüşlər keçirmək; Əmlakların təqdimatını həyata keçirmək; Satış və kirayə prosesini sonadək izləmək; Tələblər: Daşınmaz əmlak sahəsində iş təcrübəsi; Satış və kirayə əməliyyatları üzrə biliklər; Kompüterdən sərbəst istifadə bacarığı; Elektron bazalar və rəqəmsal sistemlərlə işləmək bacarığı; Ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətli və nəticəyönümlü olmaq. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1 ilə qədər
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
İşçi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.