Aktiv vakansiya · Elan №15697
Satış Nümayəndəsi tələb olunur
Bakı, Azərbaycan
800–1200 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Luxe Point Real Estate Daşınmaz əmlak layihələrini kamera qarşısında təqdim edən, sosial şəbəkələr üçün kontent hazırlayan və müştərilərlə rahat ünsiyyət quran komanda üzvü axtarırıq. Vəzifələr Daşınmaz əmlak layihələri üçün Reels və digər qısa video ideyaları təklif etmək, təqdimat mətnlərini hazırlamaq Çəkilişlərdə kamera qarşısına keçərək layihələri, mənzilləri və satış şərtlərini aydın və təbii şəkildə təqdim etmək Müştərilərlə telefonla və üz-üzə ünsiyyət qurmaq, ehtiyaclarına uyğun layihələr təklif etmək və baxış görüşləri təşkil etmək Müştərilərlə əlaqəni saxlamaq və satış prosesini izləmək Namizədə tələblər Azərbaycan dilində səlis danışıq və kamera qarşısında sərbəst təqdimat bacarığı Kontent ideyası düşünmək və onu qısa video təqdimatına çevirmək bacarığı Müştərilərlə rahat və işgüzar ünsiyyət Aparıcılıq, jurnalistika, kontent hazırlığı və ya satış təcrübəsi üstünlükdür. Daşınmaz əmlak sahəsində təcrübə tələb olunmur. Maaş [əlaqə gizlidir] AZN. Müraciət: CV-nizi WhatsApp vasitəsilə [əlaqə gizlidir] nömrəsinə göndərin. Əlaqə: Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- Təcrübəsiz
Əlaqə və müraciət
Satış Nümayəndəsi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.