Aktiv vakansiya · Elan №15690
KOS kreditlərin təhlili üzrə mütəxəssis tələb olunur
Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: AFB Bank Biznes Bankçılıq Mərkəzi İş şəraiti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Ünvan: Bakı, Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis) Tələblər Ali təhsil; Bank sektorunda, xüsusən biznes/korporativ kredit analizi üzrə ən azı 2-3 il iş təcrübəsi; Azərbaycan dili – əla, Rus və/İngilis dili – yaxşı səviyyədə; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı. İşin təsviri Orta və iri biznes kredit müraciətlərinin dərin maliyyə və risk təhlilinin aparılması. Müştərilərin maliyyə hesabatlarının, biznes modelinin və bazar mövqeyinin qiymətləndirilməsi. Girov təminatlarının adekvatlığı və likvidliyinin yoxlanılması. Kredit rəylərinin hazırlanması və Kredit Komitəsi üçün təqdimatların edilməsi. Mövcud kredit portfelinin izlənməsi və riskli halların vaxtında aşkar edilməsi. Digər şöbələrlə koordinasiyalı işləyərək daxili qaydalara uyğun fəaliyyətin təmin edilməsi. Şirkət haqqında 2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir. Telefon: [əlaqə gizlidir] Email: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
Əlaqə və müraciət
KOS kreditlərin təhlili üzrə mütəxəssis üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.