Aktiv vakansiya · Elan №15683
Auditor tələb olunur
Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: AFB Bank İş şəraiti Daxili Audit departamenti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Tələblər: Ali təhsil; Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 2-3 illik təcrübə; Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək; Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar; Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər; Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər; Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər; Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı; Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər; Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması; MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür); Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür); Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər; Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər. İşin təsviri: Audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək; Audit planına uyğun olaraq bankda nəzarət, risklərin idarə edilməsi sistemlərinin və korporativ idarəetmənin auditini həyata keçirmək; Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit etmək; Audit nəticələri və verilmiş tövsiyələr üzrə hesabatlar tərtib etmək və onların icrasına nəzarəti təmin etmək; Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak etmək; Daxili Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq standartlar çərçivəsində digər vəzifələri həyata keçirmək; Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və tələblərə riayət etmək və s. Şirkət haqqında 2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir. Telefon: [əlaqə gizlidir] Email: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
Əlaqə və müraciət
Auditor üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.