Aktiv vakansiya · Elan №15657
Anbardar köməkçisi tələb olunur
Bakı, Azərbaycan
700–1000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Saloglu Mebel Əmək haqqı: [əlaqə gizlidir] AZN Ünvan: Bakı şəhəri İş barədə məlumat Mebel komandamıza anbar proseslərinin idarə olunması, anbar nəzarəti və çatdırılma əməliyyatlarının dəqiq təşkili sahəsində məsuliyyətli və təcrübəli komanda üzvü axtarırıq. Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; İş Qrafiki: 6 günlük iş həftəsi (Həftə içi 1 gün istirahət); Ünvan: Bakı şəhəri, M.Ə. Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi Öhdəliklər Anbar əməliyyatlarının (malların qəbulu, yerləşdirilməsi, çeşidlənməsi) operativ və dəqiq təşkili; Anbardakı mebel və materialların saxlanma qaydalarına, inventarizasiyasına və qalıqlara tam nəzarət olunması; Müştəri sifarişlərinin vaxtında, əksiksiz və zədəsiz çatdırılması üçün logistika və yükləmə proseslərinin idarə edilməsi; Tələblər Yaş: 30-50 Təcrübə: 1-3 il (Mebel sahəsində təcrübəsi olanlara üstünlük verilir) Mebel və ya oxşar sahədə anbar/logistika təcrübəsi (üstünlükdür); Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı; Fiziki dözümlülük və təşkilatçılıq qabiliyyəti. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Şirkət haqqında Şirkətin adı Ağstafa rayonunun Saloğlu kəndində olan “Saloğlu” suyunun adından götürülmüşdür. Belə ki, məhşur “Saloğlu” suyunun adına şirkət açılıb və həmin şirkətin davamı olaraq “SALOGLU” mebel fabriki yaradılmışdır. “SALOGLU” mebel fabriki respublikanın qərb zonasında yerləşir, sahəsi 20 000 m2-dir. İstehsala 2000-ci ildə başlamışdır. Ölkə prezidenti İlham Əliyev cənabları ilk dəfə 2004-cü ildə YMF — Yumşaq Mebel Fabrikinin açılışını etmişdir. 2009-cu ildə Gürcüstanın Batumi şəhərində fabrik istehsala başlamışdır. 2012-ci ildə Almaniyanın Köln şəhərində mağaza istifadəyə verilmişdir və oradan Avropanın 7 ölkəsinə məhsul ixrac edilmişdir. Köln şəhərində şirkətin rəsmi ofisi yaradılmışdır. 2013–2014-cü illərdə Azərbaycanda baş vermiş iqtisadi krizislə əlaqədar “Saloğlu” ölkə ərazisində də digər fabriklərin tikintisinə başlamağı özünə hədəf qoymuşdur. Şirkətin istehsal sahələri Azərbaycanda, Türkiyədə və Gürcüstanda fabrikləri əhatə edir. 2016-cı ildə ölkə prezidenti İlham Əliyev cənabları “MODERN” Mebel Fabrikinin açılışında iştirak etmiş və eyni zamanda “VENZANA” Mebel Fabrikinin təməlini qoymuşdur.
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1 ilə qədər
Əlaqə və müraciət
Anbardar köməkçisi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.