Aktiv vakansiya · Elan №15632
SMM menecer tələb olunur
Bakı şəhəri
400–550 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: UBSTORE Vakansiya: Sosial Media və Kontent üzrə əməkdaş (Xanım) İş yeri: Bakı şəhəri, 28 May metrosu yaxınlığı UBSTORE komandamıza sosial şəbəkələrin idarə olunması və mağazada kontent çəkilişlərinin həyata keçirilməsi üzrə xanım əməkdaş axtarırıq. İş şəraiti: İş yeri: UBSTORE mağazası, 28 May; Mehriban və dinamik iş mühiti; Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılır; İş qrafiki: Razılaşdırılacaq. Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və varsa, əvvəlki video çəkilişlərindən nümunələri təqdim edə bilərlər. Əlaqə: [əlaqə gizlidir] Vəzifə öhdəlikləri: Mağazanın Instagram, TikTok və digər sosial şəbəkələrində canlı yayımlar açmaq; Canlı yayımlar zamanı məhsulları təqdim etmək və müştərilərin suallarını cavablandırmaq; Sosial şəbəkələrə gələn mesaj və rəyləri vaxtında cavablandırmaq; Müştərilərlə nəzakətli və operativ ünsiyyət qurmaq; Mağazada məhsulların foto və video çəkilişlərini həyata keçirmək; Reels və TikTok videolarının çəkilişində iştirak etmək; Yeni məhsulların təqdimatında və kampaniyaların hazırlanmasında iştirak etmək. Tələblər: Xanım namizədlər; Azərbaycan dilində səlis və aydın danışıq qabiliyyəti; Kamera qarşısında rahat və özünəinamlı olmaq; Ünsiyyətcil, aktiv və məsuliyyətli olmaq; Instagram və TikTok platformalarından istifadə bacarığı; Kreativ düşüncə və yeni ideyalar təklif etmək bacarığı; Smartfon və texnologiya məhsullarına maraq üstünlükdür; Təcrübə arzuolunandır, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilər. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1 ilə qədər
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
SMM menecer üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.