Aktiv vakansiya · Elan №15626
Mal material üzrə mühasib tələb olunur
Bakı, Azərbaycan
1500–2000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: ALUMEKS MMC Vəzifə öhdəlikləri: Müəssisənin istehsalat fəaliyyəti üzrə mühasibat uçotunun aparılması. Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərinin müəyyənləşdirilməsi. İdxal və yerli xammal alışları, istehsalat xərcləri və satış nəticələri üzrə məlumatların toplanması və maliyyə hesabatlarına daxil edilməsi. Debitor və Kreditorlarla hesablaşmalar. Mal-materialların uçotunun aparılması. Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil verilməsi. İş prosesində məlumatların məxfiliyinin qorunması. Tələblər: Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; Yaş həddi: 30 yaşdan yuxarı Təcrübə: Mühasib istehsal sahəsində minimum 5 il iş təcrübəsi mütləqdir; Proqram bilikləri: 1C, Excel, elektron hökümət saytları. Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları; Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı; Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 5 ildən çox
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Mal material üzrə mühasib üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.