Aktiv vakansiya · Elan №15624
Maliyyə meneceri tələb olunur
Bakı, Azərbaycan
2000–3000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Sport System MMC Vəzifə öhdəlikləri: Müəssisənin maliyyə fəaliyyətinin planlaşdırılmasını, təşkilini və idarə olunmasını təmin etmək; Müəssisənin gəlir və xərclərinə nəzarət etmək, onların təhlilini aparmaq; Aylıq, rüblük və illik maliyyə büdcələrinin hazırlanmasını və icrasına nəzarəti həyata keçirmək; Faktiki maliyyə göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və müvafiq təkliflər hazırlamaq; Pul vəsaitlərinin hərəkətinə (Cash Flow) nəzarət etmək, pul axınlarının səmərəli idarə olunmasını təmin etmək; Müəssisənin debitor və kreditor borclarının vəziyyətinə nəzarət etmək; Bank əməliyyatlarının, ödənişlərin və pul köçürmələrinin maliyyə nəzarətini həyata keçirmək; Təchizatçılar, podratçılar və digər tərəfdaşlarla maliyyə hesablaşmalarının düzgünlüyünü yoxlamaq; Müəssisənin maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması istiqamətində tədbirlər görmək; Xərclərin optimallaşdırılması və maliyyə resurslarından səmərəli istifadə ilə bağlı təkliflər hazırlamaq; İnvestisiya layihələrinin maliyyə baxımından qiymətləndirilməsini və rentabellik təhlilini aparmaq; Müxtəlif şöbə və struktur bölmələrindən maliyyə məlumatlarını toplamaq, təhlil etmək və ümumiləşdirmək; Rəhbərlik üçün mütəmadi maliyyə hesabatları, arayışlar və analitik məlumatlar hazırlamaq; Maliyyə sənədlərinin və hesabatların düzgünlüyünə, tamlığına və vaxtında təqdim olunmasına nəzarət etmək; Mühasibatlıq şöbəsi ilə koordinasiyalı işləmək, maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək; Müəssisənin maliyyə intizamına və təsdiq edilmiş büdcə limitlərinə riayət olunmasına nəzarət etmək; Maliyyə fəaliyyətinin təkmilləşdirilməsi, gəlirliliyin artırılması və xərclərin azaldılması istiqamətində tədbirlər hazırlamaq; Birbaşa rəhbərinin qanunvericiliyə uyğun digər tapşırıqlarını yerinə yetirmək; 1C 8.3 proqram təminatında sərbəst işləmək, maliyyə məlumatlarının proqram təminatı üzərindən təhlilini aparmaq, müvafiq hesabatları formalaşdırmaq və maliyyə əməliyyatlarına nəzarət etmək; Hər bir fəaliyyət istiqaməti üzrə ayrıca gəlir və xərc təhlilinin aparılması; Mağaza, icarə və əyləncə bölmələrinin maliyyə nəticələrinin müqayisəli təhlili; Hər bir struktur bölmə üzrə mənfəətlilik göstəricilərinin hesablanması; Attraksionların, avadanlıqların və digər əsas vəsaitlərin istismar xərclərinin təhlili; Gündəlik satış və kassa göstəricilərinin maliyyə nəticələrinə təsirinin qiymətləndirilməsi. Namizədlərə tələblər: Təhsil : Ali İş təcrübəsi : 3 ildən 5 ilə kimi Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 25-35 yaşında Bəy namizədlərin müraciətlərinə üstünlük verilir 1C 8.3 proqram təminatı üzrə praktiki iş təcrübəsi və sərbəst istifadə bacarığı; MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi İş vaxtı: 09:00 – 18:00 İş yeri: Bakı Əmək haqqı: Başlanğıc aylıq məvacib [əlaqə gizlidir] AZN təşkil edir AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat Müraciət üçün: Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə meneceri” yazaraq ([əlaqə gizlidir] whatsapp nömrəsinə göndərmələri xahiş olunur. Diqqət: 1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq 2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq 3. Zəng üzərindən müraciətlər qəbul olunmur 4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil Əlaqə: Müraciət etmək üçün bu nömrəyə yazın (WhatsApp): [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
Əlaqə və müraciət
Maliyyə meneceri üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.