Aktiv vakansiya · Elan №15621
Təchizat üzrə Mütəxəssis tələb olunur
Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Groupone Əsas vəzifələr Şirkətin istehsalat və əməliyyat ehtiyaclarına uyğun təchizat proseslərini planlaşdırmaq və təşkil etmək; Müvafiq struktur bölmələrdən daxil olan material və məhsul tələbatlarını təhlil etmək; Yerli və xarici bazarlarda təchizatçıların araşdırılmasını və potensial tərəfdaşların müəyyən edilməsini həyata keçirmək; Təchizatçılardan kommersiya təklifləri almaq, qiymət, keyfiyyət və çatdırılma şərtlərini müqayisə etmək; Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Sifarişlərin vaxtında yerləşdirilməsini və çatdırılmasını təmin etmək; Anbar qalıqlarına və material ehtiyatlarının hərəkətinə nəzarət etmək, ehtiyac yarandıqda müvafiq sifarişlərin verilməsini təşkil etmək; Təchizatçılarla uzunmüddətli və etibarlı əməkdaşlıq münasibətləri qurmaq; Təchizat müqavilələrinin, sifarişlərin və digər müvafiq sənədlərin hazırlanması və razılaşdırılması prosesində iştirak etmək; Namizədə tələblər Ali təhsil Təchizat, satınalma və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi; Təchizat zəncirinin idarə edilməsi və material təminatı prosesləri üzrə biliklər; Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq münasibətlərini idarə etmək bacarığı; Müqavilə, sifariş və təchizat sənədləri ilə işləmək təcrübəsi; MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı; Analitik düşünmə, planlaşdırma və problem həll etmə bacarığı; Yüksək məsuliyyətlilik, dəqiqlik, operativlik və komanda ilə işləmək bacarığı. İş şərtləri İş yeri: Bakı şəhəri Nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı müsahibə zamanı təyin olunur Şirkət haqqında Groupone MMC Azərbaycanda PAUL restoranlar şəbəkəsinin rəsmi təmsilçisi və idarəedicisi olan ictimai iaşə və restoran sahəsində fəaliyyət göstərən şirkətdir
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
Əlaqə və müraciət
Təchizat üzrə Mütəxəssis üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.