Aktiv vakansiya · Elan №15619
SMM mütəxəssisi tələb olunur
Bakı, Azərbaycan
800 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: İMANNA MMC Marketinq komandasına sosial media hesablarının idarə olunması, rəqəmsal reklam kampaniyalarının həyata keçirilməsi və vizual kontentin hazırlanması üzrə kreativ, məsuliyyətli və nəticəyönümlü SMM mütəxəssisi axtarırıq. Vəzifə öhdəlikləri: Sosial media idarəçiliyi Şirkətə məxsus brendlərin sosial media hesablarının (Instagram, Facebook, TikTok) idarə olunması; Aylıq kontent planının hazırlanması və icrasının təmin edilməsi; Brendin kommunikasiya strategiyasına uyğun kreativ kontent ideyalarının hazırlanması; Post, Story, Reels və TikTok videoları üçün mətnlərin və ssenarilərin hazırlanması; Foto və video çəkilişlərinin təşkili və çəkiliş prosesində iştirak; Sosial media üzərindən daxil olan şərh və mesajların operativ cavablandırılması; Rəqiblərin sosial media fəaliyyətinin və aktual trendlərin mütəmadi təhlil edilməsi. Rəqəmsal reklam və analitika Meta Ads Manager və TikTok Ads Manager platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimallaşdırılması; Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və seqmentləşdirilməsi; Ayrılmış reklam büdcəsinin effektiv idarə olunması; Reklam kampaniyalarının effektivliyinin təhlil edilməsi (CTR, CPC, CPM, CPA, ROAS); Brendin tanınmasının, auditoriya aktivliyinin və satış göstəricilərinin artırılmasına yönəlmiş reklam kampaniyalarının həyata keçirilməsi; Həftəlik və aylıq hesabatların hazırlanması. Namizədə dair tələblər: SMM və rəqəmsal marketinq sahəsində minimum 1–2 il iş təcrübəsi; Meta Ads Manager və TikTok Ads Manager platformaları üzrə praktiki bilik və bacarıqlar; Qrafik dizayn üzrə ilkin (Junior) səviyyədə bilik və bacarıqlar; Sosial media alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında məlumatlı olmaq; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür; Kreativ düşüncə və analitik yanaşma; Məsuliyyətlilik, təşəbbüskarlıq və vaxtın düzgün idarə olunması; Komandada işləmək və eyni zamanda bir neçə layihəni idarə etmək bacarığı; FMCG və ya qida sektorunda iş təcrübəsi üstünlükdür. Maaş – 800 Azn Maraqlanan namizədlər öz CV-lərini [əlaqə gizlidir] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerində SMM mütəxəssisi qeyd edilməlidir. Əlaqə: CV-nizi bu e-poçt ünvanına göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
SMM mütəxəssisi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.