Aktiv vakansiya · Elan №15596
Resepşn tələb olunur
Bakı Ticarət Mərkəzi, Faiq Əmirov küç., Zaqatala
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Zəfər Tibb Mərkəzi Vəzifə öhdəlikləri: Klinikaya müraciət edən pasientlərin gülərüz və nəzakətlə qarşılanması, xidmətlər və həkim qəbulları barədə məlumatlandırılması; Pasientlərin elektron bazada qeydiyyata alınması, müayinə və həkim qəbullarına yönləndirilməsi; Müayinə və analiz nəticələrinin pasientlərə təhvil verilməsi (çap edilməsi və ya elektron göndərilməsi); Kassa əməliyyatlarının və ödənişlərin qeydiyyatının dəqiq aparılması (əgər kassa qeydiyyatçıdadırsa); Tibbi sənədləşmə işlərinin səliqəli aparılması və gündəlik hesabatların hazırlanması; Rəhbərliyin verdiyi digər inzibati tapşırıqların yerinə yetirilməsi. Namizədə tələblər (Kriteriyalar): Təhsil: Ali təhsili (tibb bilikləri üstünlükdür) İş təcrübəsi: Tibbi qeydiyyat, resepşn və ya müştəri xidmətləri sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili səlis və aydın diksiya, Rus dili biliyi (danışıq səviyyəsində) arzuolunandır; Kompüter bilikləri: MS Office (Word, Excel) proqramlarından sərbəst istifadə bacarığı (klinika proqramlarını tez mənimsəmə qabiliyyəti); Şəxsi keyfiyyətlər: Səliqəli və xoş xarici görünüş, güclü ünsiyyət bacarığı, səbirli, stresə davamlı, diqqətli və məsuliyyətli olmaq. İş şəraiti: İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00, şənbə günü qısa iş günü (Bazar günü istirahət); Əmək haqqı: müsahibə əsasında dəqiqləşdiriləcək. Rəsmiləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat; Ünvan: Zəfər Tibb Mərkəzi Əlaqə [əlaqə gizlidir] Şirkət haqqında Zəfər Tibb Mərkəzi (also known as Zəfər Clinic) is a multidisciplinary private medical center in Baku operating since 2023. It focuses on preventive medicine, longevity, diagnostics, and intravenous (IV) therapy Telefon: [əlaqə gizlidir] Email: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1 ilə qədər
Əlaqə və müraciət
Resepşn üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.