Aktiv vakansiya · Elan №15553
Feldşer tələb olunur
Узеир Гаджибейли, 119 Баку, Сабаил, AZ1010, Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: MediClub İş yeri: Dəniz neft-qaz platformaları İş qrafiki: Növbəli MediClub Klinikası dəniz neft-qaz obyektlərində həyata keçirilən tibbi xidmət layihəsi çərçivəsində peşəkar, məsuliyyətli və təcili tibbi yardım sahəsində praktik bacarıqlara malik feldşerləri komandamıza qoşulmağa dəvət edir. Namizədlərə əsas tələblər Müvafiq feldşer ixtisası üzrə orta ixtisas tibb təhsili və diplom; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş qüvvədə olan sertifikasiya şəhadətnaməsi; Təcili tibbi yardım, reanimasiya və ya istehsalat obyektlərində tibbi xidmət sahəsində praktik təcrübə; Ürək-ağciyər reanimasiyası (CPR), ilkin və təkmilləşdirilmiş təcili yardım prinsipləri üzrə bilik və bacarıqlar; Təcili tibbi vəziyyətlərdə operativ qərarvermə və komanda şəklində işləmək bacarığı; Dəniz şəraitində rotasiya rejimində işləməyə fiziki və psixoloji hazırlıq; Tibbi sənədləşmə, hesabatlılıq və peşə etikası qaydalarına riayət etmək. Əsas vəzifə öhdəlikləri Dəniz platformasında çalışan əməkdaşlara ilkin və təcili tibbi yardım göstərilməsi; Kəskin koronar sindrom, ürək dayanması, tənəffüs çatışmazlığı, travmalar, yanıqlar və digər təxirəsalınmaz hallarda ilkin qiymətləndirmə və səlahiyyətləri çərçivəsində müdaxilə; CPR, AED və oksigen terapiyası üzrə müvafiq protokolların tətbiqi; Pasiyentlərin həyati göstəricilərinin monitorinqi və vəziyyətlərinin dinamik qiymətləndirilməsi; Təcili tibbi təxliyə (MEDEVAC) zamanı pasiyentin stabilləşdirilməsi və təxliyəyə hazırlanması; Tibbi məntəqədə dərman vasitələrinin, tibbi avadanlıqların və təcili yardım çantalarının daim istifadəyə hazır saxlanılması; Tibbi müraciətlərin, görülmüş müdaxilələrin və gündəlik fəaliyyətin sənədləşdirilməsi; İstehsalatda sağlamlıq və təhlükəsizlik (HSE) qaydalarına riayət edilməsi, fövqəladə hallara hazırlıq tədbirlərində iştirak. Üstünlük veriləcək əlavə kvalifikasiyalar Offshore və ya sənaye təbabəti sahəsində iş təcrübəsi; BLS, ACLS və ya digər beynəlxalq təcili tibbi yardım təlimləri üzrə qüvvədə olan sertifikatlar; BOSIET və müvafiq dəniz təhlükəsizliyi təlimləri üzrə sertifikatlar; İş şəraiti Dəniz platformasında rotasiya prinsipi əsasında növbəli iş rejimi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Əməkhaqqı və digər təminatlar müsahibə zamanı müzakirə olunacaq. Şirkət haqqında MediClub - безусловный лидер в области внедрения в медицинскую практику лучших международных сертифицированных методов лечения и диагностики заболеваний для индивидуального комплексного подхода к здоровью пациента. Командная работа – это отличительная особенность MediClub, это преимущество, которое помогает нам достигать прекрасных результатов в лечении. Мы объединяем опыт и знания в разных областях медицины, чтобы находить правильные решения и помогать пациентам даже в самых сложных случаях. MediClub более 20 лет дает возможность получить доступ к лучшим мировым методикам лечения, не выезжая за рубеж. Почему мы? Ведущая частная, многопрофильная клиника в Баку Современные методы обследования и диагностики, передовое техническое оснащение, высокотехнологичное оборудование Круглосуточная помощь: MediClub работает в экстренном и плановом режиме 24 часа в сутки 365 дней в году Оказание медицинской помощи в соответствии с национальными, а так же с европейскими и североамериканскими протоколами Высококвалифицированные врачи разного профиля Безупречная вежливость и внимательность персонала, сервис высочайшего уровня Доступна консультация на азербайджанском, русском, английском, арабском языках Telefon: [əlaqə gizlidir]
- İş qrafiki
- Növbəli
- Təcrübə
- 1 ilə qədər
Əlaqə və müraciət
Feldşer üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.