Aktiv vakansiya · Elan №15550
Barista tələb olunur
Bakı, Azərbaycan
700 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Kontakt Home Təsvir Müştərilərin sifarişi əsasında kofe içkilərinin hazırlanması və təqdim edilməsi; İstifadə olunan avadanlıqlara nəzarətin təmin edilməsi; Ümumi xidmət keyfiyyətinin qorunmasının təmin edilməsi; Mağaza daxilində brend imicinə uyğun xidmət göstərilməsi. İş şəraiti: İş saatları: 11:00–20:00; İş yeri: İnşaatçılar filialı. Tələblər Qəhvə və qəhvə növləri haqqında ilkin bilik (barista kimi iş təcrübəsi arzuolunandır); Gülərüz və pozitiv yanaşma; Müştərilərlə düzgün və nəzakətli ünsiyyət bacarığı; Səliqəli və təmizkar olmaq; Komandada işləmək bacarığı. Vakansiya növü - Tam ştat Əmək haqqı - 700 AZN Şirkət haqqında “Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram, həm də LinkedIn səhifəsində kəşf edə bilərsən. Telefon: [əlaqə gizlidir] Email: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1 ilə qədər
Əlaqə və müraciət
Barista üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.