Aktiv vakansiya · Elan №15528
Beynəlxalq Əlaqələr üzrə Mütəxəssis tələb olunur
Bakı, Azərbaycan
400–800 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Punto Hospitality MMC Ev Sahibləri ilə Əlaqələr üzrə Mütəxəssis (Remote) [əlaqə gizlidir] komandası yeni əməkdaşlar axtarır! [əlaqə gizlidir] Azərbaycanda qısamüddətli mənzil kirayəsi bazarı üçün yaradılmış onlayn platformadır. Hazırda komandamızı genişləndirir və ev sahibləri ilə əlaqələrin qurulması, yeni tərəfdaşların platformamıza cəlb edilməsi üzrə əməkdaşlar axtarırıq. İş şəraiti: İş formatı: Tamamilə distant (Remote); İş yeri: İstənilən şəhərdən işləmək imkanı; Əməkhaqqı: 400–500 AZN (sabit hissə); Bonus sistemi: Platformaya cəlb edilən və qeydiyyatdan keçərək aktiv elan yerləşdirən hər bir yeni ev sahibinə görə əlavə bonus ödənilir. Cəlb edilən ev sahiblərinin sayı artdıqca əməkdaşın əlavə gəliri də artır; İş qrafiki: Razılaşdırılmış gündəlik iş saatları. Niyə [əlaqə gizlidir]? Yeni inkişaf edən rəqəmsal layihənin bir hissəsi olmaq; Çevik və dinamik iş mühiti; Nəticələrə uyğun əlavə gəlir əldə etmək imkanı; Peşəkar inkişaf və gələcək karyera imkanları. Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [əlaqə gizlidir] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Əgər ünsiyyət qurmağı, insanlarla işləməyi və yeni tərəfdaşlar qazanmağı sevirsinizsə, [əlaqə gizlidir] komandasına qoşulmaq üçün müraciət edin! Vəzifə öhdəlikləri: Bakı və Azərbaycanın digər bölgələrində gündəlik kirayə üçün ev təklif edən şəxslərin müəyyən edilməsi; Potensial ev sahibləri ilə telefon vasitəsilə əlaqə yaradılması; [əlaqə gizlidir] platformasının və üstünlüklərinin təqdim edilməsi; Ev sahiblərinin platformada qeydiyyatdan keçməsinə və elan yerləşdirməsinə dəstək göstərilməsi; Mövcud tərəfdaşlarla mütəmadi əlaqələrin saxlanılması; Gündəlik zənglərin və əldə olunan nəticələrin hesabatının aparılması. Tələblər: Azərbaycan dilində səlis danışıq və ünsiyyət bacarığı; Telefonla danışıq və inandırma qabiliyyəti; Məsuliyyətli və nəticəyönümlü olmaq; Kompüter və internetdən istifadə bacarığı; Satış, telemarketing və ya müştəri xidmətləri sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil; Sərbəst və müstəqil işləmə bacarığı. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Beynəlxalq Əlaqələr üzrə Mütəxəssis üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.