Aktiv vakansiya · Elan №15513
Tur meneceri tələb olunur
Bakı, Azərbaycan
400–2000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: FM TOUR VAKANSİYA – OUTGOING TUR MENECERİ Turizm şirkətimizə satış bacarığı yüksək, məsuliyyətli və turizm sahəsində təcrübəsi olan Outgoing Tur Meneceri axtarırıq! İş şəraiti: İş saatları: 10:00–19:00 Əməkhaqqı: Satış nəticələrinə əsaslanan motivasiya sistemi Karyera və peşəkar inkişaf imkanı Mehriban və peşəkar komanda Vacib qeyd: Biz sadəcə müştəriyə qiymət göndərən deyil, müştəri ilə düzgün ünsiyyət qurmağı, satış prosesini sona qədər izləməyi və real satış nəticəsi əldə etməyi bacaran menecer axtarırıq. Vəzifə öhdəlikləri: Xarici ölkələr üzrə fərdi və qrup turlarının hazırlanması və satışı Müştəri müraciətlərinin operativ cavablandırılması və satışa çevrilməsi Müştərinin büdcəsinə və istəyinə uyğun tur paketlərinin hazırlanması Otel, aviabilet, transfer və səyahət sığortası rezervasiyalarının həyata keçirilməsi Tur operatorları və B2B rezervasiya sistemləri ilə işləmək Müştərilərə otellər, istiqamətlər və səyahət şərtləri barədə peşəkar məsləhət vermək Qiymət təkliflərinin hazırlanması və müştərilərə göndərilməsi Təklif göndərilmiş müştərilərlə təkrar əlaqə saxlayaraq satışın tamamlanmasına çalışmaq Şirkət tərəfindən müəyyən edilmiş aylıq satış hədəflərinin yerinə yetirilməsi Rezervasiya və ödəniş proseslərinin düzgün izlənilməsi Gündəlik satış və müraciət hesabatlarının təqdim edilməsi Tələblər: Outgoing turizm sahəsində minimum 1 il iş təcrübəsi Tur operatorları və B2B sistemləri ilə işləmə bacarığı Populyar turizm istiqamətləri və otellər haqqında məlumatlı olmaq Güclü satış bacarığı Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili biliyi üstünlükdür Operativlik, məsuliyyət və komandada işləmə bacarığı Müştəri müraciətlərini satışa çevirmək bacarığı Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Tur meneceri üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.