Aktiv vakansiya · Elan №15508
Mühasib tələb olunur
Neftçilər metrosu
600–700 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Meta Education and Consulting MMC Meta Consulting MMC – Mühasib İş yeri: Neftçilər metrosu yaxınlığı, Bakı İş qrafiki: 09:00–18:00 Əməkhaqqı: 600–700 AZN Vəzifə öhdəlikləri: -Müəssisənin mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkil edilməsi və aparılması; -Bütün maliyyə-təsərrüfat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında qeydiyyata alınması; -Vergi, DSMF və digər məcburi dövlət ödənişləri üzrə hesabatların hazırlanması və təqdim edilməsi; -ƏDV, mənfəət və gəlir vergisi üzrə hesablamaların aparılması və nəzarətdə saxlanılması; -Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər maliyyə sənədlərinin yoxlanılması; -Bank hesabları, kassa əməliyyatları və pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi; -Debitor və kreditor borclarının təhlili, qarşılıqlı üzləşmə aktlarının hazırlanması; -Əməkhaqqı, məzuniyyət və digər əmək ödənişlərinin hesablanması; -Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotunun aparılması; -Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; -Vergi orqanları və digər aidiyyəti qurumlarla mühasibatlıq məsələləri üzrə yazışmaların aparılması; -Mühasibat sənədlərinin qanunvericiliyə uyğun saxlanılması və arxivləşdirilməsi. Namizədə tələblər: -Mühasibatlıq və ya maliyyə sahəsində ali və ya orta ixtisas təhsili; -Müvafiq sahədə minimum 1–2 il iş təcrübəsi; -1C və MS Excel proqramlarını sərbəst bilmək; -Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər; -Vergi və məcburi dövlət sosial sığorta hesabatlarının hazırlanması bacarığı; -Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyətlilik. 📩 Müraciət qaydası: CV-nizi [əlaqə gizlidir] ünvanına göndərin və müraciətinizin mövzu hissəsində “Mühasib” qeyd edin. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Mühasib üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.