Aktiv vakansiya · Elan №15498
Satış meneceri tələb olunur
Bakı şəhəri
500–1000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Gigan Education Gigan Education komandamıza satış sahəsində təcrübəli, ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü xanım əməkdaş axtarırıq. Biz nə təklif edirik? • Stabil və peşəkar iş mühiti. • Əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus sistemi. • Karyera və peşəkar inkişaf imkanları. • Xaricdə təhsil sahəsində bilik və təcrübə qazanmaq imkanı. • Mehriban və dinamik komanda. İş qrafiki: Tam iş günü İş yeri: Bakı şəhəri Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir. • Xanım namizəd tələb olunur Vəzifə öhdəlikləri: • Şirkətə müraciət edən potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq. • Müştərilərə xaricdə təhsil proqramları, universitetlər, qəbul şərtləri və xidmətlər barədə ətraflı məlumat vermək. • Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının artırılması. • Mövcud müştəri bazası ilə davamlı və sistemli iş aparmaq. • Müştərilərin müraciətlərini izləmək, vaxtında geri dönüş etmək və satış prosesini müqavilə bağlanmasına qədər idarə etmək. • Telefon, WhatsApp və sosial şəbəkələr üzərindən müştərilərlə ünsiyyət qurmaq. • Sosial media hesablarından daxil olan müraciətləri cavablandırmaq və potensial müştəriləri satışa yönləndirmək. • Marketinq və SMM komandası ilə koordinasiyalı işləmək. • Gündəlik və aylıq satış hesabatları hazırlamaq. • Müştəri məmnuniyyətinin təmin olunması və şirkətin satış hədəflərinin yerinə yetirilməsi. • Satış bacarığı – müraciət edən şəxsi real tələbəyə çevirmək. • Müştəri bazasının idarə olunması – heç bir müraciəti diqqətdən kənarda qoymamaq, müştərilərlə davamlı əlaqə saxlamaq. • Aktiv müştəri axtarışı – yalnız hazır müraciətləri gözləməmək, özü də yeni müştərilər tapmaq. Tələblər: • Yaş: 25+. • Ali təhsil arzuolunandır. • Satış və müştərilərlə iş sahəsində təcrübə. • Yüksək ünsiyyət və inandırma bacarığı. • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti. • Rus və ingilis dillərini bilmək üstünlükdür. • Kompüter və MS Office proqramları ilə işləmək bacarığı. • SMM və sosial media marketinqi haqqında ümumi anlayış. • Sosial şəbəkələrdən müştəri cəlb etmə bacarığı. • Dəqiq, intizamlı, məsuliyyətli və təşəbbüskar olmaq. • Komanda ilə işləmək və satış hədəflərinə çatmaq bacarığı. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə yazın (WhatsApp): [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Satış meneceri üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.