Aktiv vakansiya · Elan №15495
Avtokar sürücüsü tələb olunur
Abşeron rayonu, Bakı
700 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Unimetal" Məhdud Məsuliyyətli Cəmiyyət Avtokar sürücüsü İş şəraiti: AR Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi; Nahar şirkət tərəfindən təmin olunur; Əmək haqqı: 700 Azn; Ünvan: Abşeron rayonu, Məmmədli kəndi; Namizədlərdən CV-lərini "Avtokar sürücüsü" başlığı ilə [əlaqə gizlidir] ünvanına göndərmələri xahiş olunur. Vəzifə öhdəlikləri: Yüklərin təyinatı üzrə təhlükəsiz şəkildə boşaldılmasını, daşınmasını və anbar/istehsalat sahələrində yerləşdirilməsini təmin etmək; Avtokarın icazə verilən yükgötürmə normasına riayət etmək və yüklərin tarazlı daşınmasına nəzarət etmək; İşə başlamazdan əvvəl texnikaya gündəlik vizual baxış keçirmək, işlək və təmiz saxlamaq, aşkar edilən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat vermək; Zavod ərazisində müəyyən edilmiş sürət həddinə, hərəkət nişanlarına və piyadaların təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; Verilən istehsalat tapşırıqlarını vaxtında və düzgün icra etmək; Zavod üzrə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək. Tələblər: Avtoyükləyici (avtokar) idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və ya peşə sertifikatı; İstehsalat və ya anbar sahəsində analoji iş təcrübəsi; Yüksək diqqət, məsuliyyətlilik və intizamlılıq. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Avtokar sürücüsü üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.