Aktiv vakansiya · Elan №15489
Tax Manager tələb olunur
Bakı şəhəri Yasamal rayonu
2500 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Agha Financial Services MMC Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes konsultasiya xidmətləri sahəsində fəaliyyət göstərən peşəkar consulting şirkətidir. Şirkətimizin genişlənən fəaliyyət istiqamətləri və artan müştəri portfeli ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Tax manager tələb olunur. Vəzifə öhdəlikləri Hüquqi şəxslərin yaradılması və fiziki şəxslərin qanunvericiliyə uyğun şəkildə qeydiyyatdan keçirilməsini təmin etmək üçün zəruri sənədlərin toplanması və vergi orqanına təqdim edilməsi; Bütün növ vergi bəyannamələrinin (Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, mədən vergisi, Aksiz vergisi, Torpaq vergisi, əmlak vergisi, və s.) hazırlanması, yoxlanılması və təqdim edilməsi; Bütün növ statistik hesabatların hazırlanması, yoxlanılması və təqdim edilməsi; “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabat”-ının hazırlanması, yoxlanılması və təqdim edilməsi; Bütün növ (O cümlədən AVİS və AVİS-dən kənar) Kameral uyğunsuzluq məktublarına müvafiq cavabların yazılması və nəzarətdə saxlanılması; Mühasibat uçotunun vergi uçotu ilə uyğunluğunu və tamlığının aylıq yoxlanılması; Dövlət Vergi Xidməti və digər dövlət qurumları ilə rəsmi yazışmaların aparılması; Vergi orqanında görüşlərin keçirilməsi, şirkətin və əməkdaşlıq etdiyimiz şirkətlərin vergi orqanında təmsil edilməsi; Vergi yoxlamalarında və Vergi nəzarətində vergi ödəyicilərini təmsil etmək; Rəhbərlik üçün tələb olunan idarəetmə və daxili hesabatların hazırlanması; Kameral Vergi hesablamalarının araşdırılması və müvafiq rəylərin hazırlanması; Maliyyə hesabatlarının vergi aspektindən təhlil edilməsi (Mənfəət vergi bəyannaməsi) Tapşırıqların müəyyən edilmiş müddətlərdə və şirkətin keyfiyyət standartlarına uyğun icrasının təmin edilməsi. Namizədə tələblər Bilməlidir Azərbaycan Respublikası Vergi və Əmək məcəlləsini ; Vergi ilə əlaqəli digər qanunvericilik aktlarını, qanunları və məcəllələri Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr və/və ya magistr təhsili; Mühasibatlıq və vergi sahəsində minimum 3–5 il iş təcrübəsi; Vergi orqanlarında Kameral vergi yoxlamaları sahəsində iş təcrübəsi (üstünlük verilir); Vergi orqanları ilə iş və vergi yoxlamalarında iştirak təcrübəsi; Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları; MS Excel, Word (Xüsusilə exceli çox yaxşı bilməsi zəruridir) proqramlarında sərbəst işləmək bacarığı; Yeni iş mühitinə sürətli uyğunlaşmaq və müxtəlif komandalarla effektiv işləmək bacarığı; İş şəraiti İş qrafiki: Həftə içi 5 iş günü İş saatı: 09:00 – 18:00 Əmək haqqı: 2500 AZN (Gross) İş yeri: Bakı şəhəri Yasamal rayonu Karyera və inkişaf imkanları Təklif edirik Müxtəlif sahələr üzrə praktiki təcrübə Stabil və uzunmüddətli əməkdaşlıq Peşəkar inkişaf və təlim imkanları Korporativ iş mühiti və dəstəkləyici komanda [əlaqə gizlidir] elektron poçt ünvanına göndərə bilərlər: Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Tax Manager üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.