Aktiv vakansiya · Elan №15480
Qaynaqçı tələb olunur
Sumqayıt, Azərbaycan
1200 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Qartal Tikinti Firması Vəzifə: Peşəkar Qaynaqçı İşəgötürən: Qartal Tikinti Firması Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1200,00 AZN İş yeri: Qartal Tikinti Firmasının istehsalat sahəsi- Sumqayıt şəhər, Çerkassi küçəsi 220. və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri. İş şəraiti: İş saatı 08:00-18:00-dək; İstirahət günü - Bazar günləri; Normadan əlavə iş saatlarının dəyəri bir iş gününün əmək haqqına əlavə ödəniləcəkdir. İş yerinə vəgeriyə daşınma Qartal Tikinti Firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir. İşlədiyi yerdə firmatərəfindən naharla təmin ediləcəkdir; İş görüləcək obyektlər əsasən Qartal Tikinti Firmasının metal konstruksiya sexi və sifarişçilərin ölkə ərazisindəki digər obyektləri. Əlaqə vasitələri: Əlaqə vasitələri: CV-nizi [əlaqə gizlidir] email ünvanına, mövzu hissəsində montajçı yazmaqla göndərin. Əgər CV-niz yoxdursa aşağıda qeyd olunmuş əlaqə nömrəsinin whatsappına ad, soyad, yaşınız, yaşayış yeriniz, iş təcrübəniz (iş yeri və görülən işlər göstərilməklə), əldə etdiyiniz sertifikatlar, montajçı işiylə bağlı bacarıqlarınız və s. haqda məlumatlarınızı göndərin. Əlaqə telefonu: [əlaqə gizlidir] nömrəsinə müstəsna halda zəng edə bilərsiniz. 1-5-ci günlər Saat 9:00-18:00-a qədər. Whatsapp nömrəsinə və e-mail adressinə göndərilən məlumatlar nəzərdən keçirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaqdır Əlaqələndirici şəxs: Ülkər Muradova Telefon: [əlaqə gizlidir] Vəzifə öhdəlikləri: Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiya və boru qaynağı işləri yerinə yetiriləcəkdir. Qartal Tikinti Firmasının metal-konstruksiya sexində, Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal konstruksiyaları qaynaq etməlidir; Sifarişçinin obyektlərindəəvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğunquraşdırılması üçün qaynaq edəcəkdir. Metal kəsmə və montaj işlərini də bacarmalıdır. Tələblər: Müasir qaynaqaparatıları ilə işləməyi bacarmalıdır. Metal konstruksiya və boru qaynağı (6G) işlərində ən azı 3 il iş təcrübəsi olmalı, qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir; İş Proseduru və Riski Dəyərləndirməni başadüşməli və tələblərihəyata keçirməlidir; Qaynaq edərkənQaynaq Prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişləriniQaynaq Prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır; İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməlidir; Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə yazın (WhatsApp): [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Qaynaqçı üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.