Aktiv vakansiya · Elan №15475
Mühasib tələb olunur
Bakı, Azərbaycan
400–700 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: LOGİBRA CONSULTİNG MMC İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə). İş saatları: 09:00-dan–18:00-dək. İstirahət günləri: Şənbə və Bazar. İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir. Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir. Müxtəlif fəaliyyət sahələrində mühasibat və vergi uçotu üzrə praktiki təcrübə qazanmaq və peşəkar inkişaf imkanı. CV-lərinizi mövzu hissəsində “mühasib köməkçisi” qeyd etməklə [əlaqə gizlidir] ünvanına göndərməyiniz xahiş olunur. Vəzifə öhdəlikləri: İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və müvafiq qaydada uçota alınması. Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan e-qaimələrin yoxlanılması. Bank və kassa əməliyyatlarının aparılması, ödəniş tapşırıqlarının hazırlanması və bank çıxarışlarının uçota işlənilməsi. Əmək haqqı, məzuniyyət və son haqq-hesab hesablamalarının aparılmasında iştirak etmək. Debitor və kreditor borclarının uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və gündəlik mühasibat əməliyyatlarının icrası. Vergi və statistika hesabatlarının hazırlanmsında iştirak etmək Tələblər: Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil. Mühasibatlıq sahəsində 1 ilə qədər iş təcrübəsi. MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı. Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotunun əsasları üzrə nəzəri biliklər. E-taxes, ƏMAS və digər elektron dövlət portalları ilə işləmək bacarığı üstünlükdür. 1C proqramı üzrə biliklər arzuolunandır. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1 ilə qədər
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Mühasib üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.