Aktiv vakansiya · Elan №15472
Satış Nümayəndəsi tələb olunur
Bakı şəhəri
1000–3000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Aku dünyası MMC B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi İş yeri: Bakı şəhəri. İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü) Son müraciət tarixi: 27 dekabr 2026 Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır. Biz nə təklif edirik? Peşəkar və inkişafyönümlü iş mühiti; Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi; Karyera və peşəkar inkişaf imkanları; Dinamik və peşəkar komanda mühiti. Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir. Vakansiyanın tələblərinə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi qeyd olunan elektron E-mail ünvanına [əlaqə gizlidir] və möbil əlaqə nöməsinin ( [əlaqə gizlidir] ) WhatsApp hesabına göndərin. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Vəzifə öhdəlikləri: Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi; Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi; Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması; Satış və müqavilə danışıqlarının aparılması; Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş; Satış planlarının və KPI-ların icrası; Sifariş və satış sonrası proseslərin izlənilməsi; Bazar və rəqib analizlərinin aparılması; CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması. Tələblər: Minimum 3 il B2B/korporativ satış təcrübəsi; Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür; Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı; MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi; Analitik düşüncə, planlama və nəticəyönümlülük; Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət. İngilis dili və ali təhsil üstünlükdür; Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə yazın (WhatsApp): [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Satış Nümayəndəsi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.