Aktiv vakansiya · Elan №15455
Tarix müəllimi tələb olunur
Hədəf Stars Campus, Bəşir Bünyadov 3, Sabaunçu ray., Bakı
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Hədəf STEAM Liseyi “Hədəf STEAM Liseyi”nin Tbilisi prospekti 72 ünvanında yerləşən kampusuna rus bölməsi üzrə təcrübəli Tarix müəllimi axtarılır. Əsas vəzifə öhdəlikləri: Tarix fənnini rus dilində effektiv və anlaşıqlı şəkildə tədris etmək; Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsləri planlaşdırmaq, hazırlamaq və keçirmək; Tarixi hadisələri, prosesləri və şəxsiyyətləri mənbələr və faktlar əsasında izah etmək; Şagirdlərdə tənqidi düşünmə, tarixi mənbələri təhlil etmə və hadisələr arasında əlaqə qurma bacarıqlarını inkişaf etdirmək; Müasir tədris metodlarından və texnologiyalardan istifadə etmək; Şagirdlərin bilik səviyyəsini mütəmadi qiymətləndirmək və inkişafını izləmək; Testlər, iş vərəqləri və dərs təqdimatları hazırlamaq; Şagirdlərə və valideynlərə müntəzəm, konstruktiv geribildirim vermək; Sinifdə nizam-intizamı və müsbət tədris mühitini təmin etmək; Liseyin daxili qayda və prosedurlarına riayət etmək. Tələblər: Tarix və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; Tarix müəllimi kimi minimum 1 il iş təcrübəsi; Rus dilində sərbəst tədris bacarığı. Bacarıqlar və səriştələr: Tarix fənni üzrə yüksək bilik səviyyəsi; Vaxtı idarə etmək və komanda ilə işləmək bacarığı; Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma; Güclü ünsiyyət və təqdimetmə bacarıqları; Müsbət və peşəkar münasibət; Sinif və dərs vaxtını effektiv idarə etmək bacarığı. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; İş saatları: 08:00–17:00 (həftədə 5 gün); İş yeri: Tbilisi prospekti 72 - [əlaqə gizlidir] 56 gün ödənişli məzuniyyət; Şirkət tərəfindən gündəlik nahar; Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim; Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Tarix müəllimi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.