Aktiv vakansiya · Elan №15454
Elektrik və Elektronika Mühəndisliyi üzrə müəllim tələb olunur
Hədəf Stars Campus, Bəşir Bünyadov 3, Sabaunçu ray., Bakı
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Hədəf STEAM Liseyi “Hədəf International Cambridge School”un Badamdar kampusuna Cambridge IGCSE proqramı üzrə İqtisadiyyat və Biznes fənlərini tədris etmək üçün müəllim axtarılır. Əsas vəzifə öhdəlikləri: Cambridge IGCSE Economics (0455) və Business Studies (0450) proqramlarının tədrisi və şagirdlərin imtahanlara hazırlanması; Bazar, tələb və təklif, inflyasiya, valyuta məzənnələri və beynəlxalq ticarət kimi iqtisadi mövzuların qrafiklər, məlumatlar və real nümunələrlə izah edilməsi; Biznesin idarə edilməsi, insan resursları, marketinq, əməliyyatlar və maliyyə mövzularının tədrisi; Yerli və beynəlxalq şirkət nümunələri, situasiya təhlilləri, müzakirələr və praktiki tapşırıqlardan istifadə; Şagirdlərə maliyyə sənədlərini, o cümlədən mənfəət-zərər hesabatlarını, balansı və pul vəsaitlərinin hərəkəti proqnozlarını təhlil etməyi öyrətmək; İqtisadi və biznes məlumatlarını təhlil etmək, arqumentləri qiymətləndirmək və imtahan suallarına əsaslandırılmış cavab yazmaq bacarıqlarını inkişaf etdirmək; Dərsləri planlaşdırmaq, tədris materialları və qiymətləndirmə tapşırıqları hazırlamaq, şagirdlərin irəliləyişini izləmək və müntəzəm geribildirim vermək. Tələblər: İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, menecment və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi; Cambridge IGCSE Economics və Business Studies proqramları və qiymətləndirmə meyarları üzrə bilik; IGCSE imtahanlarına hazırlıq təcrübəsi və müvafiq pedaqoji kvalifikasiya; İngilis dilində sərbəst tədris bacarığı; minimum IELTS 7.0 və ya ekvivalent səviyyə. Bacarıqlar və səriştələr: İqtisadiyyat və biznes fənləri üzrə güclü bilik və analitik düşünmə bacarığı; Mürəkkəb anlayışları ingilis dilini əlavə dil kimi öyrənən şagirdlərə aydın izah etmək bacarığı; Məlumatların və maliyyə göstəricilərinin təhlili, həmçinin İKT alətlərindən istifadə bacarığı; Şagirdlərdə təhlil və qiymətləndirmə bacarıqlarını inkişaf etdirən interaktiv tədris metodlarından istifadə; Güclü ünsiyyət, təqdimetmə, sinif və vaxtı idarəetmə bacarıqları; Məsuliyyətli yanaşma və komanda ilə işləmək bacarığı. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; İş saatları: 08:00–17:00 (həftədə 5 gün); İş yeri: Badamdar kampusu - [əlaqə gizlidir] 56 gün ödənişli məzuniyyət və şirkət tərəfindən gündəlik nahar; Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim; Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- Təcrübəsiz
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Elektrik və Elektronika Mühəndisliyi üzrə müəllim üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.