Aktiv vakansiya · Elan №15453
Kimya müəllimi tələb olunur
Hədəf Stars Campus, Bəşir Bünyadov 3, Sabaunçu ray., Bakı
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Hədəf STEAM Liseyi Hədəf International-ın Badamdar kampusuna ingilis bölməsində dərs demək üçün təcrübəli Kimya müəllimi axtarılır. Əsas vəzifə öhdəlikləri: Kimya fənnini ingilis dilində effektiv və anlaşıqlı şəkildə tədris etmək; Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsləri planlaşdırmaq və keçirmək; Müasir tədris metodlarından və texnologiyalardan istifadə etmək; Şagirdlərin bilik səviyyəsini mütəmadi qiymətləndirmək və inkişafını izləmək; Testlər, iş vərəqləri və dərs təqdimatları hazırlamaq; Şagirdlərin marağını və fənnə olan həvəsini artıran öyrənmə mühiti yaratmaq; Şagirdlərə və valideynlərə müntəzəm, konstruktiv geribildirim vermək; Sinifdə nizam-intizamı və müsbət tədris mühitini təmin etmək; Liseyin daxili qayda və prosedurlarına riayət etmək. Tələblər: Kimya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi; Kimya müəllimi kimi minimum 1 il iş təcrübəsi; Dərsləri ingilis dilində sərbəst tədris etmək bacarığı. Bacarıqlar və səriştələr: Kimya fənni üzrə yüksək bilik səviyyəsi; Vaxtı idarə etmək və komanda ilə işləmək bacarığı; Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma; Güclü ünsiyyət və təqdimetmə bacarıqları; Müsbət və peşəkar münasibət; Sinif və dərs vaxtını effektiv idarə etmək bacarığı. Biz nə təklif edirik: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; İş saatları: 08:00–17:00 (həftədə 5 gün); İş yeri: Badamdar kampusu - [əlaqə gizlidir] 56 gün ödənişli məzuniyyət; Şirkət tərəfindən gündəlik nahar; Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim; Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Kimya müəllimi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.