Aktiv vakansiya · Elan №15452
Fizika müəllimi tələb olunur
Hədəf Stars Campus, Bəşir Bünyadov 3, Sabaunçu ray., Bakı
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Hədəf STEAM Liseyi “Hədəf Steam Liseyi”nə rus bölməsi üzrə təcrübəli Fizika Müəllimi axtarılır. Əsas Vəzifə Öhdəlikləri: Dərslərin rus dilində effektiv və anlaşılan şəkildə tədrisi; Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərslərin planlaşdırılması, hazırlanması və keçirilməsi Müasir tədris metodları və texnologiyalardan istifadə; Şagirdlərin bilik səviyyəsinin mütəmadi qiymətləndirilməsi və inkişafının izlənməsi; Testlər, iş vərəqləri və dərs təqdimatlarının hazırlanmas Şagirdlərin fərdi potensial və səriştələrini üzə çıxarmaq üçün həvəsləndirici və effektli öyrənmə mühiti yaratmaq; Şagirdlərə və valideynlərə müntəzəm və konstruktiv geribildirim verilməsi; Sinifdə nizam-intizamın və müsbət tədris mühitinin təmin olunması; Liseyin daxili qayda və prosedurlarına riayət edilməsi. Tələblər: Müvafiq sahə ilə bağlı bakalavr dərəcəsi Fizika fənni üzrə minimum 1 il müəllimlik təcrübəsi; Rus dilində sərbəst tədris bacarığı. Bacarıqlar və Səriştələr: Fənn üzrə yüksək bilik səviyyəsi; Vaxtın idarə edilməsi və komanda ilə işləmə qabiliyyəti Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma; Güclü ünsiyyət və təqdimetmə bacarıqları; Müsbət və peşəkar münasibət; Effektiv sinif və zaman idarəetməsi bacarıqları. Biz Nə Təklif Edirik AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; İş saatları: 08:00 – 17:00 (həftədə 5 gün); 56 gün ödənişli məzuniyyət; Şirkət tərəfindən gündəlik nahar; Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim; Müntəzəm təlim və inkişaf proqramları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Ünvan - [əlaqə gizlidir] Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- Təcrübəsiz
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Fizika müəllimi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.