Aktiv vakansiya · Elan №15451
Sales Executive – Restaurant Partnerships tələb olunur
64 Khojali Avenue, Baku 1025
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Ibis Baku city Vəzifə öhdəlikləri: Otelin xidmətlərinin satışını həyata keçirmək və yeni müştərilərin cəlb olunmasında iştirak etmək; Potensial korporativ müştərilərlə, turizm agentlikləri və turoperatorlarla əlaqə yaratmaq; Mövcud müştərilərlə mütəmadi əlaqə saxlamaq və əməkdaşlıq münasibətlərini qorumaq; Müştərilərə otelin xidmətləri, otaq kateqoriyaları, qiymətləri və xüsusi təklifləri barədə məlumat vermək; Müştərilər üçün kommersiya təklifləri hazırlamaq və göndərmək; Korporativ və qrup rezervasiyalarının əldə olunması istiqamətində fəaliyyət göstərmək; Otelin otaq, restoran, konfrans və banket xidmətlərinin satışına dəstək vermək; Müştəri görüşlərində və satış təqdimatlarında iştirak etmək; Müştərilərdən daxil olan sorğuları operativ cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiya etmək; Müqavilələrin, müştəri bazasının və satış sənədlərinin düzgün aparılmasını təmin etmək; Satış fəaliyyətləri və müştəri əlaqələri üzrə mütəmadi hesabatlar hazırlamaq; Rəhbərlik tərəfindən müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsinə dəstək olmaq; Otelin satış strategiyasına uyğun olaraq yeni satış imkanlarını araşdırmaq. Namizədə aid tələblər: Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə minimum 1 il iş təcrübəsi İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti. Əlaqə: Müraciət etmək üçün bu nömrəyə zəng edin: ([əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
Əlaqə və müraciət
Sales Executive – Restaurant Partnerships üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.