Aktiv vakansiya · Elan №15450
Sales Manager tələb olunur
64 Khojali Avenue, Baku 1025
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Ibis Baku city Vəzifə öhdəlikləri: Otelin xidmət və məhsullarının satışını təşkil etmək və satış həcmini artırmaq; Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi; Korporativ şirkətlər, turizm agentlikləri və tərəfdaşlarla işgüzar əlaqələrin qurulması; Potensial müştərilərlə görüşlərin keçirilməsi, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması; Satış strategiyasının hazırlanması və müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi; Bazar araşdırmasının aparılması, rəqiblərin fəaliyyətinin və qiymət siyasətinin təhlil edilməsi; Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; Otelin otaq, restoran, konfrans və tədbir xidmətlərinin satışının təşviq edilməsi; Satış nəticələrinin təhlil edilməsi və mütəmadi hesabatların hazırlanması; Otelin gəlirlərinin artırılması məqsədilə yeni satış imkanlarının araşdırılması; Digər şöbələrlə koordinasiyalı şəkildə çalışmaq və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək. Namizədə aid tələblər: Otel və ya qonaqpərvərlik sahəsində satış və marketinq üzrə minimum 3 il iş təcrübəsi İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə və əməkdaşlıq bacarığı Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti Yaxşı kommunikasiya və təqdimat bacarıqları, problem həll etmə qabiliyyəti. Əlaqə: Müraciət etmək üçün bu nömrəyə zəng edin: ([əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
Əlaqə və müraciət
Sales Manager üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.