Aktiv vakansiya · Elan №15445
SƏTƏM üzrə mütəxəssis tələb olunur
Nizami rayonu, Əli Vəliyev 1
988 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Azerbaijan Poultry Company Vakansiya haqqında məlumat: Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək; İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək; İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək; Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsinə nəzarət etmək; Əməyin mühafizəsi üzrə kurslar və təlimlər təşkil etmək; Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində müxtəlif təlimlər keçmək; Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək; Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etmək; Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin təşkil etmək; Üçüncü tərəf təşkilatlar ilə (FHN, Dövlət Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı və s.) qarşılıqlı əlaqələr qurmaq; İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin tədqiqatında iştirak etmək və bədbəxt hadisələrin uçotunu aparmaq; İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək; Tələblər: Ali təhsil; Müvafiq iş üzrə ən azı 1 (bir) il iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq və yazı Müvafiq sertifikata malik Fəaliyyətinə aid olan normativ və metodiki materialları; Çeviklik və uyğunlaşma bacarığı; Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı İş şəraitinin şərtləri Ə/h- 988 AZN (gross) Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
SƏTƏM üzrə mütəxəssis üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.