Aktiv vakansiya · Elan №15442
Daxili nəzarət üzrə mütəxəssis tələb olunur
Bakı şəhəri
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Veysəloğlu MMC "Veysəloğlu" MMC İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunda, " Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz: İş şəraiti İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək Əmək haqqı: Müsahibə əsasında təyin edilir Vəzifə öhdəlikləri: Daxili nəzarət, daxili audit, təftiş və ya risklərin idarəedilməsi sahəsində praktiki iş təcrübəsi; Distribusiya, FMCG, pərakəndə satış və ya oxşar əməliyyat mühitində təcrübə üstünlükdür; Daxili nəzarət və yoxlama metodologiyaları üzrə praktiki biliklər; Biznes proseslərinin və mövcud nəzarət mexanizmlərinin təhlili üzrə praktiki bacarıq; Risk, nəzarət boşluğu və uyğunsuzluqları müəyyən etmək bacarığı; Yoxlama zamanı fakt və sübutların toplanması, təhlili və nəticələrin əsaslandırılması bacarığı; Aşkarlanmış uyğunsuzluqların kök səbəbinin (Root Cause Analysis) müəyyən edilməsi bacarığı; Düzəldici və preventiv tədbirlərin hazırlanması və icrasının izlənilməsi üzrə bilik; Prosedur və iş axışlarının təhlili, çatışmazlıqların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması bacarığı; Microsoft Excel proqramında yaxşı səviyyədə işləmək və məlumatların təhlili bacarığı; SAP proqramında işləmək bacarığı üstünlükdür; Böyük həcmli məlumatların təhlili və uyğunsuzluqların müəyyən edilməsi bacarığı; Yoxlama nəticələri üzrə peşəkar hesabat və analitik təqdimat hazırlamaq bacarığı; Analitik və risk əsaslı düşüncə tərzi; Diqqətlilik, obyektivlik, və məxfilik; Yüksək ünsiyyət və əməkdaşlıq bacarıqları; Sahə yoxlamaları və ezamiyyətlərdə iştirak etməyə hazır olmaq. Tələblər: Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı; Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə etməsində ən azı 3 illik təcrübə; Azərbaycan dilini əla bilməli, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti arzu olunandır; MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək; SAP biliyi. Təminatlar: İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; Nahar ödənişi. [əlaqə gizlidir] saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Daxili nəzarət üzrə mütəxəssis üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.