Aktiv vakansiya · Elan №15424
SƏTƏM üzrə mütəxəssis tələb olunur
Şəki, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Capital Construction MMC Vəzifə öhdəlikləri: Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etmək və nəzarətdə saxlamaq; Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək; İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq; Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək; Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri təşkil etmək; Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının və aidiyyəti sənədlərin təminatına nəzarət etmək. Namizədə tələblər: Namizədin Şəki və ya Qəbələ şəhərində daimi yaşayışının olması zəruridir; Şəxsi nəqliyyat vasitəsinin olması; Mühəndislik ixtisası üzrə ali təhsil və müvafiq sertifikat və ya Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə ali təhsil; Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə iş təcrübəsi; Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər; Müvafiq sertifikatların olması üstünlükdür; Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı. İş şəraiti: İş yeri: Şəki / Qəbələ İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır Yanacaq təmin edilir Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
SƏTƏM üzrə mütəxəssis üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.