Aktiv vakansiya · Elan №15417
SAT müəllimi tələb olunur
Həzi Aslanov filialı, Bakı
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Family School Family School olaraq komandamıza SAT imtahanı üzrə peşəkar, məsuliyyətli, müasir tədris metodlarına yiyələnmiş və nəticəyönümlü müəllimlər axtarırıq. Namizədə olan tələblər: SAT Math və ya SAT Reading & Writing (Verbal) üzrə minimum 1–2 il tədris təcrübəsi; Hər iki bölməni peşəkar səviyyədə tədris edə bilən namizədlərə üstünlük verilir; İngilis dilində sərbəst ünsiyyət və tədris bacarığı; Digital SAT imtahanının strukturu, qiymətləndirmə sistemi və aktual tələbləri haqqında ətraflı bilik; İmtahan strategiyalarını, vaxtın düzgün idarə edilməsini və alternativ həll üsullarını tələbələrə effektiv şəkildə çatdırmaq bacarığı; SAT Math müəllimləri üçün Desmos kalkulyatorundan effektiv istifadə və onun tədrisi bacarığı; Beynəlxalq tədris resurslarından və rəqəmsal platformalardan istifadə bacarığı; Rus dili biliyi arzuolunandır; Şəxsi SAT nəticəsinin və yüksək nəticə göstərmiş tələbələrinin olması üstünlükdür; Səbirli, təmkinli, məsuliyyətli və tələbkar olmaq; Yeniliklərə, davamlı öyrənməyə və peşəkar inkişafa açıq olmaq. Vəzifə öhdəlikləri: Dərsləri sistemli və nəticəyönümlü tədris proqramı əsasında aparmaq; Tələbələrin akademik səviyyəsini, güclü və zəif tərəflərini müəyyənləşdirmək; Hər bir tələbənin hədəflərinə uyğun fərdi inkişaf strategiyası formalaşdırmaq; Mütəmadi sınaq imtahanları təşkil etmək və nəticələri təhlil etmək; Tələbələrə yalnız mövzuları deyil, analitik düşünmə və düzgün imtahan strategiyalarını öyrətmək; Ev tapşırıqlarına, dərs davamiyyətinə və akademik inkişafa nəzarət etmək; Tələbələrin inkişafı haqqında akademik heyətə mütəmadi hesabat təqdim etmək. Biz nə təklif edirik? Peşəkar və müasir akademik iş mühiti; Maksimum 3 nəfərdən ibarət kiçik qruplarla tədris imkanı; Rəqəmsal tədris və imtahan platformasından istifadə; Davamlı peşəkar inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı; Bilik, təcrübə və tədris yükünə uyğun əməkhaqqı. Maraqlanan namizədlər CV-lərini “SAT müəllimi – Həzi Aslanov” başlığı ilə [əlaqə gizlidir] elektronp oçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər. [Əlaqə məlumatı üzvlüklə açılır] İş yeri: Family School, Həzi Aslanov filialı Əlaqə: Müraciət üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir] CV-nizi bu e-poçt ünvanına göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- Təcrübəsiz
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
SAT müəllimi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.