Aktiv vakansiya · Elan №15414
Energetik tələb olunur
Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: STP Global Cable “STP GLOBAL CABLE” MMC Texniki xidmət şöbəsi,Avtomatika bölməsi üzrə “Baş energetik” vakansiyası elan edir. “STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel zavodu daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir. Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: Elektrik energetikası, elektrotexnika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil; Sənaye müəssisələrində elektrik və enerji təsərrüfatı sahəsində minimum 5 il iş təcrübəsi; 0,4 kV, 6 kV və 10 kV elektrik sistemləri üzrə bilik; Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı; Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli; Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı; Rəhbərlik, komanda idarəetməsi və operativ qərarvermə bacarığı; İşgüzar və məsuliyyətli olmalıdır. Hansı işləri görəcəksiniz? Zavodun elektrik və enerji təsərrüfatının idarə olunması; Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz istismarına nəzarət; Transformator yarımstansiyaları, paylayıcı qurğular və elektrik şəbəkələrinin istismarının təşkili; Elektrik mühərrikləri, idarəetmə panelləri, avtomatik açarlar və rele mühafizəsi üzrə bilik; Planlı təmir-profilaktika işlərinin təşkili, nasazlıqların aradan qaldırılmasına rəhbərlik; Enerji sərfiyyatına nəzarət və enerji səmərəliliyinin artırılması; Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarını bilmək; Elektrik heyətin işinin təşkili və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət. Nə əldə edəcəksiniz? Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; İş vaxtı - Bazar ertəsi - Cümə, 09:00 – 18:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş energetik” yazaraq [əlaqə gizlidir] elektron poçt ünvanına və eyni zamanda [əlaqə gizlidir] səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur. Əlaqə: CV-nizi bu e-poçt ünvanına göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 5 ildən çox
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Energetik üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.