Aktiv vakansiya · Elan №15402
Salyan bölgəsi üzrə Problemli kreditlərin yığımı üzrə mütəxəssis tələb olunur
Salyan, Salyan rayonu, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Bank Respublika ASC Təsvir Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək; Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək; Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək; Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək. Tələblər Ali təhsil; Borcların yığılması və problemli müştərilərlə iş üzrə 1-2 il təcrübə; Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir; Dil bilikləri: Azərbaycan əla, rus dili arzuolunandır; MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər; Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı; Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı. Vakansiya növü - Tam ştat Şirkət haqqında Bank Respublika öz fəaliyyətini 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib. Bank 22 may 1992-ci il tarixində fəaliyyətə başlayıb Bank geniş spektr maliyyə xidmətləri göstərir Email: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1 ilə qədər
Əlaqə və müraciət
Salyan bölgəsi üzrə Problemli kreditlərin yığımı üzrə mütəxəssis üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.