Aktiv vakansiya · Elan №15381
Satış Nümayəndəsi tələb olunur
Bakı, Azərbaycan
1400–2200 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Caspian Prof Cosmetics Caspian Prof Cosmetics MMC — Wella Professionals və Londa Professional brendlərinin Azərbaycanda rəsmi distribyutorudur və komandamıza Satış Təmsilçisi axtarır. Biz nə təklif edirik: Rəqabətli əmək haqqı [əlaqə gizlidir] AZN; Peşəkar inkişaf və təlim imkanları; İşin bütün mərhələlərində dəstək; Mehriban və peşəkar komanda; Beynəlxalq və tanınmış Wella Professionals brendi ilə işləmək imkanı; Gözəllik və peşəkar saç baxımı sahəsində inkişaf etmək üçün perspektivli iş mühiti. İş qrafiki: Bazar ertəsi – Şənbə: 10:00–19:00 Vəzifə öhdəlikləri: Wella Professionals məhsullarını təqdim etmək və yeni salonlarla aktiv əməkdaşlıq qurmaq; Yeni müştərilərin axtarışı və cəlb edilməsi; Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi; Salonlara mütəmadi səfərlər və məhsullar haqqında təqdimatların keçirilməsi; Satış planlarının yerinə yetirilməsi və nəticələrin artırılması; Bazar və peşəkar saç baxımı sahəsində yeni tendensiyaları izləmək; Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul həlləri təklif etmək. Tələblər: Yaş: 25–35 yaş; Təhsil: Vacib deyil Satış sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi; Kosmetika, gözəllik və ya peşəkar saç baxımı sahəsində təcrübə arzuolunandır; Wella Professionals brendi haqqında məlumatlı olmaq üstünlükdür; Şəxsi avtomobilin olması üstünlükdür; Əla ünsiyyət və danışıqlar aparmaq bacarığı; Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticə yönümlülük; Komandada işləmək bacarığı; Azərbaycan və rus dillərini yaxşı bilmək; Qadın namizədlərə üstünlük verilir. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Satış Nümayəndəsi üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.