Aktiv vakansiya · Elan №15380
Qaynaqçı tələb olunur
Bakı, Azərbaycan
1000–1500 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: BBT MMC Əməkhaqqı: Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə əsasən razılaşma yolu ilə; Uzunmüddətli və stabil iş imkanı; Peşəkar istehsalat komandasında çalışma imkanı. Adres Binəqədi Novxanı yolu İş saatları 08:30-17:30 --- 6 gün • Vəzifə öhdəlikləri: Buxar və isti su qazanlarının istehsalında qaynaq işlərinin aparılması; Qazan gövdələrinin, boru lövhələrinin və təzyiq altında işləyən hissələrin qaynağı; Qazanxanalarda texnoloji boru xətlərinin qaynağı və montajı; Qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət və aşkar edilən qüsurların aradan qaldırılması; İstehsalat və montaj işlərinin texniki sənədlərə uyğun icrası. Tələblər: Sənaye tipli buxar və isti su qazanlarının istehsalında qaynaq işləri üzrə təcrübə; Yüksək təzyiq altında işləyən avadanlıqların və təzyiqli qabların qaynağı üzrə bilik və praktiki bacarıq; Qazan gövdəsi, odluq kamerası, boru lövhələri və digər metal konstruksiyaların qaynağını yerinə yetirmək bacarığı; Boru-boru və boru-lövhə birləşmələrinin qaynağında təcrübə; Elektrik qövs qaynağı (MMA/SMAW), xüsusilə əsas örtüklü (E7018) elektrodlarla işləmə bacarığı; Qaynaq tikişlərinin hazırlanması, qaynaq ağzının açılması və çoxqatlı qaynaq texnologiyasını bilmək; Texniki çertyojları və qaynaq işarələrini oxumaq bacarığı; Qazanxanalarda boru xətlərinin, armatur və digər avadanlıqların montajında təcrübə; Qaynaq işlərində keyfiyyət və təhlükəsizlik tələblərinə ciddi riayət etmək; Məsuliyyətli, dəqiq və komanda ilə işləmək bacarığı. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Qaynaqçı üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.