Aktiv vakansiya · Elan №15373
SMM menecer tələb olunur
Çinar Park, Bakı
600 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: CHINA2BAKU SMM MENECER CHINA2BAKU MMC komandamıza peşəkar, yaradıcı, məsuliyyətli və təşəbbüskar SMM menecer axtarırıq. Şirkətimiz Çin–Azərbaycan istiqamətində beynəlxalq avtomobil və hava yükdaşımaları üzrə fəaliyyət göstərir. İş şəraiti: Əməkhaqqı: 600 AZN Rəsmi əmək müqaviləsi İş qrafiki: Həftədə 5 gün (Bazar ertəsi – Cümə) İş saatları: 10:00–18:00 İstirahət günləri: Şənbə və bazar İş yeri: Çinar Park, Bakı Tam ştat, ofisdaxili iş Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “SMM menecer” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər. [əlaqə gizlidir] CHINA2BAKU | Beynəlxalq logistika Vəzifə öhdəlikləri: Instagram, TikTok və LinkedIn hesablarının tam idarə edilməsi; Həftəlik və aylıq kontent planlarının hazırlanması; Foto və video çəkilişlərin təşkili və həyata keçirilməsi; Reels, TikTok və reklam videolarının hazırlanması və montajı; Çindən göndərilən foto və video materialların işlənməsi və paylaşılması; Şirkətin xidmətlərinin sosial mediada peşəkar şəkildə təqdim edilməsi; Sosial media reklamlarının idarə edilməsi; Brendin tanınmasının və potensial müştəri sayının artırılması; Görülən işlər üzrə həftəlik və aylıq hesabatların təqdim edilməsi. Tələblər: SMM sahəsində minimum 1–2 il iş təcrübəsi; Foto və video çəkiliş, montaj və kontent hazırlamaq bacarığı; Canva, CapCut və digər müvafiq proqramlarla işləmək bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür; Kreativlik, məsuliyyətlilik və operativlik; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Müstəqil işləmək və yeni ideyalar irəli sürmək bacarığı. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
SMM menecer üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.