Aktiv vakansiya · Elan №15372
Satış meneceri tələb olunur
Bakı, Azərbaycan
500–2000 AZN
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: [əlaqə gizlidir] [əlaqə gizlidir] məhəccər sistemlərinin satışı və quraşdırılması üzrə fəaliyyət göstərən şirkətimizə dinamik, məsuliyyətli və ünsiyyətcil əməkdaş axtarırıq. İş qrafiki: 6 günlük iş həftəsi; İş saatları: 09:00-18:00 Əməkhaqqı: 500 AZN; Əlavə bonuslar: satış nəticələrinə əsasən; Məhsullar və satış prosesi üzrə ilkin təlim; Peşəkar inkişaf imkanı; İş ünvanı: İbrahimpaşa Dadaşov 57. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri” qeyd etməklə [əlaqə gizlidir] elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Müraciətlər yalnız elektron poçt vasitəsilə qəbul olunur. Telefon zəngləri ilə müraciətlərə baxılmır. Vəzifə öhdəlikləri: Müştərilərin qarşılanması və sifarişlərin qəbul edilməsi; Məhəccər modelləri və xidmətlər haqqında ətraflı məlumat verilməsi; Müştərinin tələbatına uyğun məhsulların təqdim edilməsi; Qiymət təkliflərinin hazırlanması; Telefon və sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin cavablandırılması; Potensial müştərilərlə əlaqələrin qurulması; Sifarişlərin icra prosesinin izlənilməsi; Sosial şəbəkə hesablarının idarə olunması. Tələblər: Arzuolunan yaş həddi: 24–30 yaş; Azərbaycan dilində sərbəst və səlis nitq; Yüksək ünsiyyət və inandırma qabiliyyəti; Gülərüz, nəzakətli və işgüzar olmaq; Kompüter və sosial media üzrə istifadə bacarıqları; Analitik düşünmə və hesablama bacarığı; Yeni məhsul və texniki məlumatları tez mənimsəmək qabiliyyəti; Məsuliyyətlilik və punktuallıq; Satış sahəsində iş təcrübəsi üstünlükdür. Əlaqə: Müraciət etmək üçün CV-nizi bu e-poçta göndərin: [əlaqə gizlidir] Müraciət etmək üçün bu nömrəyə zəng edin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Satış meneceri üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.