Aktiv vakansiya · Elan №15366
Koordinator tələb olunur
Səməd Vurğun küçəsi, Bakı
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi İşəgötürən: Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 151 Tələb: Ali təhsil(Logistika, Təchizat, Anbar təsərrüfatı, Mühasibat uçotu və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür); Anbar təsərrüfatı, stokun idarə edilməsi və ya material uçotu sahəsində minimum 4 il iş təcrübəsi; Anbar uçotu, mal-materialların qəbulu, saxlanılması və təhvil verilməsi prosesləri üzrə biliklər; İnventarizasiya və stok qalıqlarının yoxlanılması üzrə praktiki bacarıqlar; Mal və materialların sənədlərinin (qaimə, təhvil-təslim aktı, sifariş sənədləri və s.) yoxlanılması və düzgün rəsmiləşdirilməsi bacarığı; MS Excel proqramı ilə işləmək bacarığı (stok hesabatlarının hazırlanması və məlumatların qeydiyyatı); Anbar uçotu və ya ERP proqramları ilə işləmək təcrübəsi üstünlükdür; Analitik düşünmə, diqqətlilik və detallara yüksək həssaslıq; Planlaşdırma, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı; Komandada işləmək və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı; Məsuliyyətlilik, dürüstlük və etibarlılıq. Öhdəliklər: Anbar uçotunun təşkil olunmasını həyata keçirmək Anbarda mövcud olan əmlakı qorumaq Anbarda mövcud olan materiallarla bağlı operativ olaraq rəhbərliyə məlumatları təqdim etmək və inventarizasiyanı aparmaq Anbarda mal və materiallar məhdud olan zaman sifarişi vaxtında hazırlamaq və Təchizat üzrə koordinatora sifarişi təqdim etmək Satıcı (Vendor) şirkətlərdən gələn mal və materialların sənədlərini yoxlamaq Mal və materialları fiziki olaraq yoxlamaq və kodlaşdırmaq Sifarişçi tərəfindən sifariş edilmiş mal və materialların vaxtında sifarişçiyə təhvil verilməsinə nəzarət etmək Əsas vəsaitlər üzrə hesabatları hazırlamaq, müvafiq əməliyyatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək. Təklif edirik: Rəqabətə davamlı əməkhaqqı Məktəb tərəfindən nahar Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı Maraqlanan namizədlər CV-lərini [əlaqə gizlidir] elektron poçt vasitəsilə göndərməli, mövzu hissəsində “Stok Koordinator” qeyd etməlidirlər. Son muraciət tarixi : 10 Dekabr, 2026. Əlaqə: CV-nizi bu e-poçt ünvanına göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 3–5 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Koordinator üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.