Aktiv vakansiya · Elan №15364
Mühasib tələb olunur
Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: FTL MMC İşəgötürən: FTL MMC Şirkətin fəaliyyəti: Beynəlxalq Daşıma şirkəti İş ünvanı: Bakı, Qaradağ r, Salyan şossesi, Bina2 Əmək funksiyası Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili; Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili; Bank ödənişlərinin həyata keçirilməsi; Hesab Fakturalarının, EVQF və digər maliyyə sənədlərinin tərtib olunması və göndərilməsi; Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatının hazırlanması; Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi; Namizədə tələblər Təhsil: ali (iqtisadi) Yaş həddi: 22-30 arası Ən azı 1 il ixtisasına görə təcrübəsi olmalıdır 1 C proqramı 8.3. versiyası Azərbaycan, rus (mütləqdir) dilləri Microsoft Excel proqramından istifadə bacarığı Komanda daxilində çalışmaq bacarığı İş şəraiti: Əmək haqqı: iş görüşməsində müəyyən olunacaq İş qrafiki: tam iş həftəsi (5 gün) İş saatları: 09:00-17:00 İstirahət günləri: şənbə/bazar Nahar şirkət tərəfindən verilir Servis nəqliyyat vasitəsi şirkət tərəfindən təşkil olunur Diqqət: Xahiş edirik elanla bağlı müraciət edərkən müəssisənin ünvanına diqqət yetirəsiniz. Qeyd olunan tələblərə cavab verən namizədlər [əlaqə gizlidir] elektron poçt ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər. Əlaqə: CV-nizi bu e-poçt ünvanına göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Mühasib üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.