Aktiv vakansiya · Elan №15363
Xadimə tələb olunur
Bakı, Azərbaycan
Razılaşma ilə
Dərc edilib:
Vəzifələr və tələblər
Şirkət: Landmark Business Center Şirkətimizə xadimə vəzifəsi üzrə məsuliyyətli, səliqəli və işinə diqqətlə yanaşan əməkdaş axtarılır. Vəzifə öhdəlikləri: İnzibati və xidməti otaqların, dəhlizlərin, sanitar qovşaqların və digər ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək; İş sahələrinin təmiz və səliqəli vəziyyətdə saxlanılmasına nəzarət etmək; Döşəmə, pəncərə, mebel və digər səthlərin təmizlənməsini həyata keçirmək; Təmizlik vasitələrindən və avadanlıqlarından təyinatına uyğun istifadə etmək; Təmizlik ləvazimatlarının düzgün və qənaətlə istifadəsini təmin etmək; Tullantıların vaxtında toplanmasını və müvafiq qaydada kənarlaşdırılmasını təmin etmək; Gigiyena və sanitariya qaydalarına riayət etmək; Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Namizədə tələblər: Məsuliyyətli, intizamlı və çalışqan olmaq; Təmizliyə və səliqəyə xüsusi diqqət yetirmək; Komandada işləmək bacarığı; Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır. Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə [əlaqə gizlidir] elektron poçt ünvanına göndərə bilər. Əlaqə: CV-nizi bu e-poçt ünvanına göndərin: [əlaqə gizlidir]
- İş qrafiki
- Tam iş günü
- Təcrübə
- 1–3 il
- CV
- Müraciət üçün tələb olunur
Əlaqə və müraciət
Xadimə üzrə bu elan Lamar-da aktivdir. İş yerinin göstərilən lokasiyasını və əməkhaqqını tələblərinizlə müqayisə edin. Əlaqə məlumatlarını görmək və müraciət etmək üçün qeydiyyatdan keçin, hesabınıza daxil olun və üzvlüyünüzü aktivləşdirin.